Azərbaycanda 15 nəfər xarici ticarətçi tutuldu

05 İyun, 2018 14:46 | Hadisə | Baxış sayı: 46
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Dövlət Miqrasiya Xidməti(DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

İstiPress-ə DMX-dən verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan  əra­zi­sin­də qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul ol­duq­ları məlum olub.  

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları müəyyənləşib. 

Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.