Yol kənarı ilə gedən qadını maşın vurub öldürdü

05 May, 2019 17:47 | Hadisə | Baxış sayı: 175
Meyit
Meyit

Qonşu qonşunu vurub

Qusarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun Qusarın Quxuroba kəndindən keçən hissəsində - yolun 193-cü km-də qeydə alınıb.

Qusarın Quxuroba kənd sakini Gülməmməd Asif oğlu Fətullayev idarə etdiyi "Şevrolit AVEO" markalı avtomobillə Samur qəsəbəsi istiqamətinə gedərkən qəfildən idarəetməni itirib və yolun kənarı ilə gedən həmkəndlisi olan 85 yaşlı piyada Zariyyat Nəsrulla qızı Ataxanovanı vurub.

Yaralı Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb. Hadisə yerinə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin əməkdaşları gəlib. Qəzanın başvermə səbəblərinin araşdırılmasına başlanılıb.

Təyin ediləcək müvafiq ekspertizalar həm qəzanın baş verməsinə, həm də piyadanın ölümünə də tam aydınlıq gətirəcək.