Avtomobil aşdı - 2 ölü

05 May, 2019 16:55 | Hadisə | Baxış sayı: 70
Təcili yardım maşını
Təcili yardım maşını

Ölənlərdən birinin 46, o birinin 70 yaşı olub

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

İstiPress-in məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində baş verib.

"Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. 

Baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub. Belə ki, "Hyundai" markalı minik avtomobilinin aşması nəticəsində 1948-ci il təvəllüdlü Fərəcov Fərəcağa Miri oğlu ölüb. Həmçinin, qəza zamanı həmçinin nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məmməd Vəkil oğlu da ölüb

Faktla bağlı araşdırma aparılır.