Bakıda universitetin qarşısında maşın tələbəni vurdu

05 Aprel, 2019 17:27 | Hadisə | Baxış sayı: 103
Təcili yardım maşını
Təcili yardım maşını

Ağır açıq kəllə beyin travması diaqnozu qoyulub

Bu gün paytaxtın Yasamal rayonunda, Hüseyn Cavid prospekti 37 ünvanında- Azərbaycan Texniki Universitetinin qarşısında maşın yolu keçmək istəyən tələbəni vurub.

İstiPress-in məlumatına görə, yaralı təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, 20 yaşlı xəstəyə ağır açıq kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağırdır.