Aeroport yolunda ağır qəza: iki avtomobil toqquşdu

05 Aprel, 2019 15:59 | Hadisə | Baxış sayı: 51

Qəza nəticəsində 2 nəfər xəsarət alıb

Bakıda avtomobil qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Aeroport yolunda qeydə alınıb.

Şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, iki maşından biri olan "VAZ 2107" aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində DYP əməkdaşları işləyir.