Meyiti yandırılan 10 yaşlı Nərminlə bağlı şok səs yazısı yayıldı VİDEO

05 Fevral, 2020 13:31 | Hadisə | Baxış sayı: 1421
Nərmin Şərif qızı Quliyeva
Nərmin Şərif qızı Quliyeva

"Onun “VAZ-2107” markalı avtomobili var, qardaşı polisdir"

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da səs yazısı yayılıb. Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi Altay adlı şəxs öldürüb.

"“VAZ-2107” markalı maşın sürür. Qardaşı da, yeznəsi də polisdir. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır. Ölən Nərminin qonşusudur". 

İstiPress-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “report”a bildirib ki, “qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. 

Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.