Şaxtalı hava İsveç yollarını keçilməz edib

05 Yanvar, 2017 23:12 | Hadisə | Baxış sayı: 25
Şaxtalı hava İsveç yollarını keçilməz edib
Şaxtalı hava İsveç yollarını keçilməz edib

Yollarda çoxlu qəzalar baş verib

Qar, buz və mənfi temperatur İsveç yollarında xaosa səbəb olub.

İstiPress-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib. Son iki gündə ölkədəki hava şərtləri ilə əlaqədar rekord sayda yol qəzaları qeydə alınıb.

İki böyük qəza Upsala şəhərinin şimalındakı E4 avtomobil yolunda qeydə alınıb. Qəzaların birində 30, digərində 15 avtomobil toqquşub. Elvdalen şəhəri yaxınlığında da partlayıcı təhlükəli qaz balonları daşıyan yük maşınının iştirakı ilə böyük qəza baş verib.

Qeyd edək ki, bu günlərdə İsveçin bəzi yerlərində güclü qar yağıb, 40 dərəcədən də çox şaxta qeydə alınıb, yollarda tıxaclar yaranıb. Bəzi şəhərlərdə ictimai nəqliyyat işləmir, şəhərlərarası qatarların işində də böyük gecikmələr müşahidə olunur. Yol xidmətləri qəzaların qarşısını almaq üçün avtomobil istifadəsindən çəkinməni tövsiyə edir.