Rusiya faciədən döndü- Tu-154 qəza enişi etdi (VİDEO)

05 Yanvar, 2017 11:29 | Hadisə | Baxış sayı: 79
1483088914_tu-154-russia-plane-crash-massive-search-operation-launched (1)
1483088914_tu-154-russia-plane-crash-massive-search-operation-launched (1)

Rusiyada mühərriki dayanan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb

Rusiyada mühərriki dayanan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.

İstiPress "Life.ru"ya istinadən xəbər verir ki, Yakutiyanın Mirnıy şəhər hava limanından havaya qalxan Tu-154 təyyarəsinin  mühərriki dayandığından  təcili eniş etmək məcburiyyətində qalıb. Hava gəmisində 150 sərnişin və 8 ekipaj üzvü olub. Heç kimin xəsarət almadığı deyilir.

"Təyyarə yerli vaxtla saat 13:22-də təhlükəsiz eniş etdi. Qüsur nəticəsində xəsarət alan yoxdur".

Hadisənin baş vermə səbəbi araşdırılır.  

Xatırladaq ki,dekabrın 25-də Rusiyadan Suriyaya uçan Tu-154 təyyarəsi 93 nəfərlik uçuş heyyəti ilə birgə Qara dənizə düşmüş və bütün sərnişinlər həyatını itirmişdi.