Paytaxtda "Lexus"la marşrut avtobusu toqquşdu: Yaralılar var

05 Yanvar, 2017 15:35 | Hadisə | Baxış sayı: 58
Lexus qəza törətdi
Lexus qəza törətdi

Minik maşınının qaydanı pozması qəza ilə nəticələndi

Paytaxtda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin İstiPress-ə verdiyi məlumata görə, qəza Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınınb. 

10 EC 444 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobilin işıqforun qırmızı işığını gözləməyib. Nəticədə avtomobil R. Behbudov küçəsində hərəkətdə olan 99 JX 761 nömrəli marşrut avtobusu ilə toqquşub. Qəzadan sonra sürücü idarəetməni itirdiyindən avtomobil yol kənarındaki piyada keçidinə çıxıb.

İlkin məlumata görə, qəza zamanı marşrut avtobusundakı sərnişinlər xəsarət alıb. Onlar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. 

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri araşdırılır.