Gürcüstanda ağır avtoqəza zamanı 4 nəfər ölüb

05 Yanvar, 2017 22:05 | Hadisə | Baxış sayı: 26
Gürcüstanda ağır avtoqəza zamanı 4 nəfər ölüb
Gürcüstanda ağır avtoqəza zamanı 4 nəfər ölüb

Onlardan 3 nəfəri hadisə yerində, bir qadın isə xəstəxanada dünyasını dəyişib

Gürcüstanda, Poniçala-Marneuli magistral yolunun 12 kilometrliyində yerləşən Kumisi kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. İstiPress-in verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil magistral yolun kənarındakı təndirxanaya çırpılıb.

Nəticədə avtomobilin içində olan 3 nəfər hadisə yerində ölüb. Milliyyətcə gürcü olan qadın sərnişin isə müxtəlif xəsarətlərlə Marneulidəki xəstəxanaya çatdırıldıqdan sonra ölüb.

Hadisə nəticəsində ölənlərdən ikisi gürcü millətindən olan yaşlı qadın və gənc qız olub. Qəzada Marneuli sakini, 19 yaşlı bir azərbaycanlı gənc də ölüb. Qəza nəticəsində erməni millətindən olan 26 yaşlı sürücü də həyatını itirib.

Məlumata görə, qəza törədən avtomobil Marneuli sakini 19 yaşlı azərbaycanlı Talıb Allahverdiyevə məxsus olub.

Hadisə yerinə polis patrul xidməti və təcili yardım avtomobili gəlib. Qəza ilə bağlı araşdırmalar aparılır.