14 nəfər bir inəyin güdazına getdi - ağır avtoqəza

05 Yanvar, 2017 00:55 | Hadisə | Baxış sayı: 41
İnək avtoqəzaya səbəb olub
İnək avtoqəzaya səbəb olub

Qəza nəticəsində daha 9 nəfər xəsarət alıb

Uqandada qəfil avtomobil yoluna çıxan inək avtoqəzaya səbəb olub. 

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Məlumata görə, mikroavtobusun sürücüsü yolda hərəkət edən inəklə toqquşmadan qaçmağa cəhd edərkən bir neçə avtomobillə toqquşub. Zəncirvari qəzada 8 nəfər hadisə yerində, daha 6 nəfər xəstəxanada dünyasını dəyişib. İnək maşınlardan birinin ona çırpılması nəticəsində tələf olub.