Qusarda güllələnmə ailə söhbətinə görə baş verib

04 Dekabr, 2018 14:57 | Hadisə | Baxış sayı: 267
Ov tüfəngi
Ov tüfəngi

Qusar və Quba rayon polis şöbələri birgə əməliyyat keçiriblər

Qusarda Sabirabad sakininin güllələnməsinin bəzi təfərrüatları məlum olub.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, 30 yaşlı Sabirabad sakini Zaman Əhmədovun 39 yaşlı Quba sakini Əşrəf Qədirovla şəxsi ailə söhbəti olub.

O, məsələni çürütmək üçün Zaman Əhmədovu Qusara dəvət edib, söhbət zamanı o, Zamanı qorxutmaq üçün onun ayaq nahiyəsinə atəş açıb. Bud nahiyəsindən xəsarət alan Zaman Əhmədov özünü Quba rayon mərkəzi xəstəxanasıns çatdırıb. Qusarın hüquq-mühafizə orqanlarına məlumat da Quba rayon mərkəzi xəstəxanasından daxil olub.

Qubanın 1-ci Nügədi kənd sakini Əşrəf Qədirov Qusar və Quba polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində tutulub istintaqa təhvil verilib. Qusar polis şöbəsinin istintaq bölməsində güllələnmə faktına görə cinayət işi açılıb.

14:24

Daxili İşlər Nazirliyi Qusarda baş verən güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

IstiPress-in şimal bürosuna DİN-nin mətbuat xidmətindən bildirilib ki, Qusar və Quba rayon polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng götürülüb.