Ermənistanın “Su-25” hücum təyyarəsi partladı - YENİLƏNİB

04 Dekabr, 2018 14:43 | Hadisə | Baxış sayı: 292
"Su-25"
"Su-25"

Havaya qalxan təyyarə radarlardan itib

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsinin heyət üzvlərinin həlak olduğunu bildirib.

 İstiPress "news.am"a istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Arsrun Hovanisyan  “Su-25” hücum təyyarəsinin Şirak vilayətinin Maralik rayonuna düşdüyünü bildirib. Qəza nəticəsində podpolkovnik Armen Babayan və mayor Movses Manukyan həlak olub. 

13:14

Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi yoxa çıxıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Hadisə səhər saat 10 radələrində baş verib. 

Təyyarə Gümrü şəhərindəki aeroportdan havaya qalıb. Qısa müddət sonra isə radarlardan itib. 

Bildirilib ki, Rusiya istehsalı olan “Su-25” təlim uçuşu keçirirmiş. Təyyarədə iki pilot olub. 

Hazırda təyyarənin axtarışları aparılır.