Gəlindən qayınanaya unudulmaz dərs

04 Dekabr, 2017 15:20 | Hadisə | Baxış sayı: 435
Qayınana gəlin
Qayınana gəlin

Oğlunu öz arvadından belə qısqanan qayınana məhkəməlik oldu

Türk gəlin qayınanasını məhkəməyə verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ərini ondan qısqanan qayınanasını məhkəməyə verib.

S.G adlı qadın 7 il öncə istanbulda Əli adlı kişi ilə ailə quraraq Almaniyaya köçüb. Əri ilə xoşbəxt yaşayacağının xəyalını quran qadın evliliyinin ilk günlərindən xəyal qırıqlığı yaşayıb. Belə ki, qaynanası oğlunu həyat yoldaşından belə qısqanmağa başlayıb. Gəlinin sözlərinə görə, dəfələrlə qaynanasının təhdidinə məruz qalıb. "Oğlumun yaxasından əl çək. Yüz dənəə arvad alsa da, o məndən əl çəkməz". 

Ananın qısqançlığı o yerə çatıb ki, o xəstəxanalıq belə olub. Məhkəmə sənədlərində qeyd edilib ki, Mədinə adlı qadın qısqançlığa görə ağır stresə düşüb - yuxuda belə "Əlim məni atıb gedə bilmərsən, Necə evlənə bildin sən?" deyə sayıqlamağa başlayıb.

Qadın oğlu ilə gəlinin baş-başa qalamaması üçün bütün yollara əl atıb. O, hətta övladının evinin açarlarını əldə edərək, günün istənilən zamanında onun mənzilinə girib-çıxıb. Ən sonunda o övladının ailəsini dağıda bilib. İddiaya görə, qadın bıçaqla intihar edəcəyini deyərək oğlunu boşanmağa vadar edib.

Bundan sonra keçmiş gəlini ailəsini dağıtdığını deyərək Mədinə adlı qadını məhkəməyə verib. İndi o qısqanc anadan 10 min lirə (təqribən 5600 manat) təzminat tələb edir.