Ermənilər gürcülərlə dalaşdı

04 Dekabr, 2017 12:25 | Hadisə | Baxış sayı: 142
İrəvan polisi
İrəvan polisi

İrəvanda ermənilərlə gürcülər arasında kütləvi dava olub. İstiPress-in "Sputnik"ə verilən məlumata görə, dava gecəyarısı gecə klublarından birinin yanında olub. 

Dava edənlərə polis müdaxilə edib. Onlar polis idarəsinə aparılıblar. Lakin polisin saxladığı ermənilər və gürcülər mübahisənin səbəbləri barədə nə isə deməkdən imtina ediblər.

Maraqlıdır ki, gürcüləri özlərinin Cənubi Qafqazdakı ən yaxşı dostları, tərəfdaşları adlandıran ermənilər artıq onlarla belə yola gedə bilmirlər.