Bəy gəlini toy günü öldürdü

04 Dekabr, 2017 09:30 | Hadisə | Baxış sayı: 595
Qətl
Qətl

Gəlinlik geyinməyə hazırlaşan 22 yaşlı qız bıçaqlanıb

Demək olar ki, hər gün qadınların qətlə yetirildiyi, ən çox şiddətə və zorakılığa məruz qaldığı Türkiyədə qandonduran cinayət baş verib. İstiPress-in məlumatına görə, bu dəfə gəlin toy günü öldürülüb.

Cinayət Bursada baş verib. 22 yaşlı Güllü Yurtoğlu bir həftə öncə rəsmi nikaha daxil olub. Toya hazırlaşan gəlin bir neçə gün sonra 23 yaşlı əri tərəfindən qətlə yetirilib. Metehan Yurtoğlu bir günlük arvadını bıçaqlayıb.

Məlumata görə, ailə qızlarının Metehanla evlənməsinə razı olmayıb. Bundan sonra Güllü sevgilisinə qoşularaq qaçıb. Rəsmi nikahdan sonra toy hazırlıqları başlayıb.

Ötən gün xına mərasimi keçirilib. Xınanın ertəsi günü, toy günü narkotik maddə istifadəçisi olduğu ehtimal edilən 23 yaşlı gənc gənc qadını evinin mətbəxindəcə öldürüb. 

Gəlini toy günü bıçalayan gənc polisdən qaçaraq taralada gizlənsədə uzaağa gedə bilməyib.