Yaşlı qadın su quyusuna düşüb boğuldu

04 Noyabr, 2018 15:46 | Hadisə | Baxış sayı: 79
Quyu
Quyu

FHN xilasediciləri meyiti quyudan çıxarıb

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, Liman şəhəri ərazisində 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızı ehtiyatsızlıqdan su quyusuna yıxılıb.

Hadisə yerinə gələn FHN xilasediciləri onun meyitini quyudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.