İki avtomobilin vurduğu piyada dünyasını dəyişdi

04 Noyabr, 2018 11:29 | Hadisə | Baxış sayı: 57
Meyit
Meyit

Yol kənarı ilə gedən piyadanı bir maşın vurub o birinin altına salıb

Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Hadisəni "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib.

Əvvəlcə "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.

Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.