Ərdoğanın pilotu yol qəzasında həlak oldu

04 Noyabr, 2018 17:07 | Hadisə | Baxış sayı: 114
Sərdar Halil Girgin
Sərdar Halil Girgin

O, 16 saat fasiləsiz uçuşu ilə yadda qalmıəşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinə pilotluq edən Sərdar Halil Girgin yol-nəqliyyat hadisəsində həlak olub.

İstiPress-in məlumatına görə, o, Zonguldakın Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. “Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.