Altmış iki yaşlı kişi özünü asdı

04 Noyabr, 2018 09:40 | Hadisə | Baxış sayı: 238
İntihar
İntihar

Ailə üzvlərinin dediyinə görə 5 il qabaq da özünü asmaq istəyibmiş

Qusarda 62 yaşlı kişi intihar edib.

IstiPress-in şimal bürosunun məlumatına görə,  Mahmud Əhmədbəy oğlu Əlipoladov özünü yaşadığı evin həyətindəki yardımçı otaqda asıb. Hadisə yerinə Qusarın hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. 

Ailə üzvlərinin dediyinə görə, 3 uşaq atası olan  Mahmud Əlipoladov 5 il qabaq da özünü asmaq istəyibmiş, onda qızı bunu görüb və kəndiri kəsib. Amma bu dəfə arvadı kəndiri kəsə bilsə də, artıq gec imiş.

Qusar rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Onun intihar etməsinin səbəbləri araşdırılır.