Azərbaycanda qonşu qonşunun evini yandırdı

04 Noyabr, 2017 18:32 | Hadisə | Baxış sayı: 356
Yanğın
Yanğın

Gecə saat 1-də baş vermiş yanğının sirri

Qusarın Üzdən-oba kəndində gecə saat 1-də baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.

İstiPress-in şimal bürosuna rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kənd sakini Yarmət Nurmətovun həyətindəki yarımçıq tikilini yandıranın qonşuluqda yaşayan yeniyetmənin olduğu məlum olub. 

17 yaşlı Nurbala Bəxtiyar oğlu Kərimov bundan əvvəl də ot presslərini yandırıbmış. Amma o vaxt dəyən ziyan cinayət işa açmağa imkan verməyib. Hazırda istintaq dəyən ziyanın 3 min manatı keçdiyini müəyyən edərsə, cinayət işi qaldırılacaq. 

Yanğın nəticəsində 48 kv.m sahədə yanar konstuksiyalar yanıb və 1 baş iribuynuzlu hevan tələf olub. Hadisə zamanı tövlə, içində inək və inək balası yanıb.  

Faktı Qusar polis şöbəsi araşdırır.