Azərbaycanda avtmobil yaşlı qocanı vurdu

04 Noyabr, 2017 19:28 | Hadisə | Baxış sayı: 163
Vaz 2107 qəza - ARXİV
Vaz 2107 qəza - ARXİV

Bu gün saat 17 radələrində Qaxda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 78 yaşlı şəhər sakini xəsarət alıb.

İstiPress-in Şəki bürosunun məlumatına görə, hadisə rayon sakini Camalov Nüsrət Kamil oğlu tərəfindən törədilib. O, idarə etdiyi Vaz 2107 markalı avtomobillə 1941-ci il təvəllüdlü Xəlilov Kamil Əfəndi oğlunu vurub. 

Yaralı xəstəxanaya aparılıb. Həkimlərin dediyinə görə, xəstənin vəziyyəti orta ağırdır. Ona sol bud-baldır sümüyünün üçdə birinin yerdəyişməsi diaqnozu qoyulub.