"Ata" hamilə arvadını və 2 qızını necə öldürdü? DETALLAR

04 Oktyabr, 2019 14:05 | Hadisə | Baxış sayı: 240
Tutulan şəxs
Tutulan şəxs

Dünyanı dəhşətə salan qatilin etirafları yayıldı

Sevgilisi ilə bir yerdə olmaq üçün hamilə arvadını və iki körpəsini qətlə yetirən atanın etirafları üzə çıxıb. Dünyanı dəhşətə salan qətli Kris Vatts adlı şəxs törədib. Kris özü yazdığı məktubunda cinayətin təfərrüatlarını açıqlayıb. Etiraflar "Letters From Christopher" (Kristoferin məktubları) kitabında yer alacaq. Qatil atanın etiraflarında deyilir: 

"13 avqust səhər Şanannla mübahisə etməmişdən öncə qızların otağına getdim. İlk laraq Bella, sonra Cecenin otağına gedib onları öldürmək üçün yastıqdan istifadə etdim.

Bundan sonra öz otağıma geri qayıdaraq Şannanla davaya başladım. Şannan öldükten sonra Bella və Cece yenidən oyanıblar. Onların necə oyandıqları barədə heç bir anlayışım yoxdur. Amma oyanmışdılar... Bellanın gözləri göyərmişdi, qızlar travmalı kimi görünürdülər. Bu vəziyyəti daha da pisləşdirdi".

Kris daha öncə 15 həftəlik hamilə olan arvadını öldürməyi planlaşdırmadığını, cinayətin spontan baş verdiyini demişdi. Ancaq məktubunda bunun əksini yazıb. 

"Avqustun 12-də qızları yatızdırdım. Fikirləşdim ki, bu onları son dəfə yatağa qoymağımdır. Bir gün öncədən nə baş verəcəyini bilirdim və bunun qarşısını almaq üçün heç nə etmədim". 

Ailə başçısı hamilə arvadının bətnindəki uşağı itirməsi üçün ona dərman da verib. O, hamiləlik bitərsə hər şeyin daha asan olacağını düşünüb.

Xatırladaq ki, Kris Vatts hamilə arvadı ilə iki azyaşlı qızının itkin düşməsi barədə polisə məlumat vermiş, hətta kanallardan kömək də istəmişdi. Lakin itkinlər qısa müddət sonra ölü olaraq tapılıblar. Araşdırmadan sonra qətli törədənin Kris özü olduğu bəlli olub. O, cinayəti etiraf edərək edam hökmü almaqdan xilas ola bilib.