Doqquz azərbaycanlı qadın Türkiyədən deportasiya edilir

04 Oktyabr, 2018 15:15 | Hadisə | Baxış sayı: 65
Türk jandarması əxlaqsızlıq yuvası aşkarlayıb
Türk jandarması əxlaqsızlıq yuvası aşkarlayıb

Bir ədəd doqquz millimetrlik tapança və narkotik vasitə aşkarlanıb

Türkiyənin Niğdə bölgəsinin Bor rayonundakı gecə klublarından birində keçirilən əməliyyat zamanı doqquz azərbaycanlı saxlanılıb.

İstiPress-in məlumatına görə, axtarış zamanı klubdan bir ədəd doqquz millimetrlik tapança və narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərdən birinin pasportuna saxta giriş möhürü vurulduğu, beşinin isə iş icazəsi olmadan klubda çalışdığı bildirilib. Qalan üç nəfərin deportasiyası ilə bağlı işlər aparılır.

Azərbaycanlılarla yanaşı, bir rusiyalı və üç gürcü də saxlanılıb.