Bakıda lift xadimənin başına düşüb öldürdü

04 Oktyabr, 2018 15:54 | Hadisə | Baxış sayı: 129
Lift (arxiv)
Lift (arxiv)

Təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb.

Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.