Xaçmazda dəhşətli qəza: ölən və yaralananlar var - YENİLƏNİB

04 Oktyabr, 2017 16:35 | Hadisə | Baxış sayı: 151
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

İki maşın toqquşdu

Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyev İstiPress-in şimal bürosuna deyib ki, ölən şəxsin qohumları onun şəxsiyyətini müəyyənləşdiriblər. 

Ölən şəxs 60 yaşlı Saibat Qamidovna İslamovadır.

saat 16:01

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. “Azsamand” markalı, 90 AF 285 dövlət nömrə nişanlı və “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində “Azsamand”da olan, Bakı  sakinləri, 1984-cü il təvəllüdlü Elnurə İsmayılova, 1984-cü il təvəllüdlü Aynurə İsmayılova, 1985-ci il təvəllüdlü Emil Hüseynov, 1989-cu il təvəllüdlü Nərmin Quliyeva, “Lada”da olan Dərbənd şəhər sakinləri - Firəngiz Şükürova, 1949-cu il təvəllüdlü Gülnaz Abasova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alan Dərbənd sakinlərindən biri dünyasını dəyişib. 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.