Bakıda intihar edən gənc kişi bir neçə çay qaşığı uddu

04 Sentyabr, 2019 18:42 | Hadisə | Baxış sayı: 124
Təcili yardım maşını
Təcili yardım maşını

Ona əməliyyat və nevroloji, psixi yardım təklif edilib

Bakıda 36 yaşlı kişi intihar məqsədilə 4 ədəd çay qaşığı udub, lakin həkimlərin səyinə baxmayaraq tibbi yardım almaqdan imtina edib.

İstiPress-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib ki, hadisə sentyabrın 3-də baş verib. Təcili yardımla 2 saylı şəhər xəstəxanasına çatdırılan kişi rentgen müayinəsi edilib, onun mədəsində 4 yad cisim aşkarlanıb.

“Həkimlərin dediyinə görə, ona əməliyyat və nevroloji, psixi yardım təklif edilib. Lakin o, imtina ərizəsi yazaraq xəstəxanadan çıxıb. Həkimə bildirib ki, özün yaxşı hiss edir, narahatlığı yoxdur, buna görə də tibbi yardım istəmir”.