Bakıda avtobus qəzası - sərnişinin ayağı kəsildi

04 Sentyabr, 2019 16:52 | Hadisə | Baxış sayı: 184
Avtomobil qəzası
Avtomobil qəzası

Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub. 

İstiPress-in məlumatına görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub: "Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".