Bakı metrosunda oğurluq edən şəxs tutuldu

04 Sentyabr, 2019 15:56 | Hadisə | Baxış sayı: 64
oğru
oğru

“28 May”da oğurluq etdi, “Koroğlu”da tutuldu

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.

İstiPress-in məlumatına görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xırdalan şəhər sakini N.Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.