Şamaxıda oğul 70 yaşlı atasını baltaladı

04 Sentyabr, 2017 08:00 | Hadisə | Baxış sayı: 122
Baltalı şəxs
Baltalı şəxs

Sərxoş oğul öz başına da balta ilə vurub

Şamaxıda qətl hadisəsi baş verib. Dünən axşam satalarında oğul doğma atasını baltalayıb. hadisə Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.

Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib.

Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun  hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.

Hadisə ilə əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./APA/