Azərbaycanlı "qanuni oğru"nu ayağından vurdular

04 Sentyabr, 2017 11:45 | Hadisə | Baxış sayı: 339
Rəşad Gəncinski
Rəşad Gəncinski

Onu güllələyən şəxs də kriminal avtoritet olub

Azərbaycanlı "qanuni oğru" Rəşad Gəncinskinin (İsmayılov) ayağından güllələyən şəxs bilindi. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Abxaziyada baş verən qarşıdurma zamanı yaralanan Rəşad görünür ki, hələ uzun müddət Moskvaya qayıda bilməyəcək. 

Belə ki, Rusiya paytaxtında o bir sıra sislsilə cinayətlərlə bağlı operativ axtarışa verilib. "Rosbalt"ın hüquq mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, Rəşad Gəncinski artıq özünü yaxşı hiss etsə də, Moskvaya qayıtmayıb, kriminal aləmin digər üzvləri ilə isə o olduğu yerdən internet vasitəsi ilə əlaqə saxlayır. "Yarım ay əvvəl əməliyyatçılar Rəşadın qruplaşmasının bir neçə üzvünü saxlayıblar. Onlar dələduzluqda, insan osğurluğu və s. cinayətlərdə ittiham edilirlər. Bu işlərin başında isə ismayılov özü olub. Onu bütünü hüquq mühafizə orqanlarının əməkdaşları axtarsa da, tapmaq mümkün olmayıb. Sanki Moskvadan buxarlanıb. Ayağından yaralanıb xəstəxanaya düşəndən sonra sorağı Abxaziyadan gəlib". 

Rəşadı güllələyən Raul Bartsba (Pıza) adlanan başqa bir avtoritet olub. Mafioz ictimaiyəti onun buna əsasları olduğu qənaətindədir. Pıza dostu ilə söhbət etdiyi məkana 3 "kriminal general" daxil olub -  Rəşad İsmayılov, Niko Dqebuadze (Nika Qaqrinski) və Roman Dmitriyev (Roma Stavropolski). Onlar Bartsbanı döyməyə başlayıblar. O, isə silahına əl atıb. Rəşad və Nika güllə yarası alıb, Roma isə qaçıb. 

Əslində oğru aləmində bir "qanuni oğru"nun 3 nəfərə silah çəkməsi nadir hadisə hesab edilir. Bunun üçün də baş verən hadisə böyük rezonans doğurur.

Bartsba öz əməlini belə əsaslandırıb - bir qrup xulikan məkana daxil olub və heç nə demədən ona hücum ediblər. O, özü hücumçulardan birini tanıyıb - Nikanı. Onun "qanuni oğru" adı isə hələ şübhə altında olub. Bunun üçün də o "qanuni oğru"larla dalaşdığını bilməyib və öz şəraf-ləyaqətini qoruyub.