Bakıda 28 yaşlı oğlan qətlə yetirildi

04 Avqust, 2020 12:55 | Hadisə | Baxış sayı: 61
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Avqustun 3-də saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

İstiPress-in məlumatına görə, Nərimanov Rayon Prokurorluğundan bildirlib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.