Azərbaycanda ər arvadını güllələyib öldürdü - gecə saat 4-də

04 Avqust, 2020 10:49 | Hadisə | Baxış sayı: 88
Ov tüfəngi
Ov tüfəngi

Qazax rayonunda ər arvadını güllələyib.

İstiPress-in məlumatına görə, hadisə avqustun 4-ü gecə saatlarında rayonun Qaymaqlı kəndində baş verib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz Kərəm oğlu ov tüfəngindən atəş açaraq arvadı, 1973-cü il təvəllüdlü Osmanlı Maral Baba qızını vurub.

Hadisə nəticəsində M. Osmanlı dünyasını dəyişib.