Ticarət mərkəzində insident - 20 ölü, 40 yaralı

04 Avqust, 2019 11:56 | Hadisə | Baxış sayı: 157
Tapançadan atəş
Tapançadan atəş

Artıq hadisəni törədən cinayətkarın kimliyi açıqlanıb

ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

İstiPress-in məlumatına görə, bunu Texas ştatının qubernatoru Qreq Abbott bildirib.

Artıq hadisəni törədən cinayətkarın kimliyi də açıqlanıb. O, 21 yaşlı Dallas sakinidir. Həmin şəxs ticarət mərkəzinə daxil olaraq ətrafdakı şəxslərə atəş açıb.

Bundan başqa polis baş verən hadisə ilə bağlı şübhəli şəxs qismində 3 nəfəri saxlayıb.