Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi

04 Avqust, 2019 12:27 | Hadisə | Baxış sayı: 104
Xəstəxana
Xəstəxana

Qapalı kəllə-beyin travması diaqnozu qoyulub

Abşeron rayonunda kişi həyat yoldaşı tərəfindən döyülüb.

İstiPress-in məlumatına görə, hadisə Höküməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Kiçikbəyov Rüfət Hacibala oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən döyülüb.

K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirlib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır