Prokurorluq işçisinin qohumunun daha bir cinayəti üzə çıxdı - EKSKLÜZİV

04 Avqust, 2017 14:08 | Hadisə | Baxış sayı: 504
Sunset otel
Sunset otel

Məmişovların daha bir cinayət faktının üstü açılıb

Bir neçə gün əvvəl Nabranda istirahət mərkəzlərinin birində kütləvi davada həbs olunanlardan biri - Toğrul Məmişov həbs olunar-olunmaz, Məmişovların daha bir cinayəti ortaya çıxıb.

Bu barədə Xaçmaz polis şöbəsindən İstiPress-in şimal bürosuna eksklüziv olaraq məlumat verilib. Şöbədən verilən məlumata görə, iyulun 29-u gecə saat 3-də Xaçmaz rayonu ərazisində, Xudat-Nabran yolunun 2-ci km-də Fəqan Balaca oğlu Məmişov idarə etdiyi "Niva" markalı avtomobillə yolun ehtiyat hissəsində dayanan "Mersedes" markalı avtomobillə qəza törədib və sürücü məsuliyyətdən yayınaraq aradan çıxıb. Hadisə rayonun hüquq-mühafizə orqanlarından gizlədilib. Bu barədə məlumat alan Xaçmaz polis şöbəsində istintaq-əməliyyat tədbirlərinə başlayıb. Qəza zamanı "Niva"nın sürücüsünün və hələlik adı məlum olmayan sərnişinin xəsarət alıb almadığı araşdırılır.

Qeyd edək ki, Xudat şəhər sakini Fəqan Məmişov bir neçə gün əvvəl Nabranın Sunset istirahət mərkəzində kütləvi dava törədən və həbs olunan, 21 yaşlı Toğrul Məmişovun əmisi, Baş Prokurorluğun idarə rəisi Niyaz Məmişovun isə qardaşıdır.

Xaçmaz polisi Məmişovların 2-ci nümayəndəsi Fəqan Məmişovla bağlı araşdırmalarını davam etdirir.