Dəhşətli qəza - avtobus uşağın ayaqlarının üzərindən keçdi

04 İyul, 2019 11:16 | Hadisə | Baxış sayı: 82
Təcili yardım maşını
Təcili yardım maşını

Yaralı xəstəxanaya yerləşdirilib

Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.

İstiPress-in məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.