Azərbaycanda narkotika plantasiyası məhv edildi

04 İyul, 2018 17:29 | Hadisə | Baxış sayı: 235

DİN-in Baş Narkotiklə  mübarizə idarəsinin şimal kurasiyası Qusarda narkotiklə bağlı tədbir keçirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun dağlıq Zindan Muruq kəndi ərazisində 212 ədəd hind çətənəsi kolu aşkar edilib. Aşkar edilmiş kollar kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Qurumdan verilən məlumata görə, hind çətənəsi kollarının bu dağ massivində yabanı halda və ya hansısa vətəndaş tərəfindən əklib əkilməməsi araşdırılır.