Məşhur kriminal avtoritet Bakıya gəldi

04 İyun, 2018 16:39 | Hadisə | Baxış sayı: 249
Nadir Səlifov (Lotu Quli)
Nadir Səlifov (Lotu Quli)

Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.

İstiPress-in məlumatına görə, bu barədə "virtualaz.org"a Bakı hava limanındakı mənbələr məlumat verib.

Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

Ötən ilin oktyabr ayının 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.