Qubada "Moskviç"lə vurulan piyada öldü

04 Aprel, 2020 14:01 | Hadisə | Baxış sayı: 164
Piyada vurulub
Piyada vurulub

Qubada ölümlə nəticələnən yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qubanın İsnovqışlaq kənd sakini, 28 yaşlı Müzafəddin Bayram oğlu Bayramov idarə etdiyi "Moskviç" markalı avtomaşınla yolu keçən Feyzulla Eldarovu vurub.

Bakı-Quba yolunun 146-cı km-də-Quba rayonunun Paşaoba kəndi ərazisində qeydə alınan qəzada Paşaoba kənd sakini olan piyada, 68 yaşlı Feyzulla Qənbərov yerindəcə ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi açılıb, qəzanın başvermə səbəbləri araşdırılır.