“Mercedes” ağaca çırpıldı - sürücü öldü

04 Aprel, 2019 19:32 | Hadisə | Baxış sayı: 68
Avtomobil qəzası
Avtomobil qəzası

Avtomobil yoldan kənara çıxıb

Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 5 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakini Nəbi Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.