"Bakubus" səfir avtomobilini vurdu

04 Aprel, 2019 15:29 | Hadisə | Baxış sayı: 74

Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib

"Bakubus" avtobusu qəzaya düşüb. Hadisə Yasamal rayonunda qeydə alınıb.

İstiPress-in məlumatına görə, "Bakubus" avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.