Avtomobil piyadanı vuraraq öldürdü

04 Mart, 2019 15:57 | Hadisə | Baxış sayı: 44
Təcili yardım maşını
Təcili yardım maşını

Yolu keçən piyada hadisə yerində keçindi

Beyləqan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, İlham Namazalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi S.Piskunovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.