Mikroavtobusla minik maşını toqquşdu, ölənlər var

04 Yanvar, 2017 14:35 | Hadisə | Baxış sayı: 67
vaz 2106
vaz 2106

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 3-də saat 08 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa vurub.

Nəticədə M. Məmmədov hadisə yerində ölüb.  Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.