Bir gündə 8 qəza, 7 ölü

04 Yanvar, 2017 12:03 | Hadisə | Baxış sayı: 33
Avtoqəza. Arxiv
Avtoqəza. Arxiv

Bölgələrdə baş verən qəzalar ölümlə nəticələnib

Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb. IstiPress-in, Baş Dövlət Yol Polisi İdarəsindən aldığı məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

   Ölümlə nəticələnən yol qəzalarının hamısı bölgələrdə baş verib. Kürdəmirdə baş verən hadisədə 2 nəfər, Masallıda baş verən yol qəzasında 2 nəfər, Beyləqan, Quba və Sumqayıtda baş verən yol qəzalarında isə hər birində 1 nəfər ölüb.