Ova gedirdi, maşın vurub öldürdü

03 Noyabr, 2019 15:37 | Hadisə | Baxış sayı: 67
Ovçu
Ovçu

Ova gedərkən yolu keçmək istəyib

İsmayıllıda Şamaxı sakinini avtomobil vurub.

İstiPress-in məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb.

Belə ki, Şamaxı sakini Rəhimov İfadə Şakir oğlu ova gedərkən yolu keçmək istəyib və  onu avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

Meyiti müayinə etmək  üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şamaxı şöbəsinə yerləşdiriblər.

Fakt araşdırılır.