Daha bir süpürgəçini maşın vurub öldürdü

03 Noyabr, 2019 13:56 | Hadisə | Baxış sayı: 77
supurgechi_090718
supurgechi_090718

40 yaşlı qadın dünyasını dəyişdi

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır