Bakıdan gedən mikroavtobus aşdı, 2 ölü, 5 yaralı - VİDEO

03 Noyabr, 2019 10:56 | Hadisə | Baxış sayı: 132
Avtomobil qəzası
Avtomobil qəzası

Sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb

Qobustanda mikroavtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

İstiPress-in məlumatına görə, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94 km də, Qobustan rayon ərazisindən​ keçən ərazisində​ baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.