Onun 180 min manatını alıblarmış
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi işləyən polkovnik Rəsul Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadədən sonra işdən çıxarılıb.
İstiPress-in məlumatına görə, bu, müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi çədçivəsində olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən iclasda zərərçəkmiş Rəsul Quliyev ifadə verərək M.Məmmədovaya 180 min manat verdiyini açıqlamışdı. O bildirmişdi ki, Müdafiə Nazirliyində işləyib və sonra, yəni 2011-ci ildə təqaüddə olduğu zaman Gəncə Hərbi Komissarlığının rəisi vəzifəsində işləmək üçün 180 min manat rüşvət verib. Lakin daha sonra iş alınmadığı üçün pulu geri qaytarılıb.
İfadə verdiyi gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi işləyən polkovnik Rəsul Quliyev bu ifadəsindən sonra işdən çıxarılıb.
İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.
M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.
Hökumət insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və...
Ata evində olan qadın özünü ərinin öldüyü yerdə asıb
Onlar baş verən insidentləri təxribat adlandırıblar
Evin həyətindəki tövlədə kəndirlə özünü asıb
Üzərindən heroin və tiryək aşkarlanıb