Gənc velosipedçini maşın vurdu

03 Oktyabr, 2018 20:22 | Hadisə | Baxış sayı: 51
Təcili yardım
Təcili yardım

Hadisə günorta saatlarında baş verib

Bu gün günorta saatlarında Salyan – Sabirabad rayonları arasındakı “Noxudlu” yolunun 10-cu km-də  velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Salyan rayon sakininin idarə etdiyi “Qazel” markalı yük maşını ilə velosipedçi, 1997-ci ildə anadan olmuş , rayonun Yuxarı Noxudlu kənd sakini  Elvin Seyran oğlu Qurbanov vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin velosipedçinin ehtiyatsızlığı üzündən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.